Şrift:
Brayan Huk: "İranın nef ixracatı 70 min barelə düşüb"
11.07.2020 [14:29] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
O, bu sözləri Tramp hökumətinin Venesuela üzrə nümayəndəsi Eliot Abramsla birlikdə Hudson İnstitutunun "online" formatda keçirilən görüşündə deyib.


Hukun sözlərinə görə, İran yəhudi düşmənliyi üzərində qurulmuş terror siyasəti və Yaxın Şərqdə əmin-amanlığı pozmaq üçün apardığı fəaliyyətləri neft ixracatından əldə etdiyi gəlirlər vasitəsilə maliyyələşdirirdi. Lakin ABŞ sanksiyaları nəticəsində 2018-ci ilin may ayına qədər gündəlik 2.5- 2.7 milyon barel təşkil edən İranın neft ixracatı 2020-ci ilin mart ayında 70 min barelə düşüb.


Diplomat bu vəziyyəti İran rejiminin qanunlara tabe olmayan hökumət olaraq ödədiyi bədəl adlandırıb.


Venesuela məsələsinə də toxunan Huk İran və bu ölkənin kasıb ölkələr olmadığını, təbii sərvətlərlə sahib olmalarına baxmayaraq, oğru rəhbərlər tərəfindən idarə olunduğundan, çətin iqtisadi vəziyyətdə yaşadıqlarını deyib.


O, həmçinin qeyd edib ki, iranlı rəsmilər nəzarətlərində olduğunu iddia etdikləri ölkələrdə öz "islam inqilabı" idealarını reallaşdıra bilmədilər. Livanda Hizbullah və İran əleyhinə keçirilmiş nümayişlər bunun bariz nümunələrindəndir.


"İrana baxdıqda mövcud hakimiyyətdən yaxa qurtara bilməyən ümidsiz xalq görürsünüz. Bizim fikrimizə görə, bu xalqın onları təmsil edən daha ləyaqətli dövlətə sahib olmaq haqqı var", - deyə Brayan Huk əlavə edib.


Diplomat sonda qeyd edib ki, İran rejimi öz xalqının pullarını terror qruplaşmalarını maliyyələşdirməyə sərf edir, lakin bu gün maksimum təzyiq siyasəti nəticəsində həmin pullar da artıq tükənmək üzrədir.


Qeyd etmək lazımdır ki, ABŞ 2018-ci ilin may ayında nüvə razılaşmasından çıxdığını elan edərək, rəsmi Tehrana qarşı yenidən sanksiyalar tətbiq edib. Bunun nəticəsində İran iqtisadiyyatı ağır vəziyyətə düşüb.
Bu xəbər oxucular tərəfindən 232 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed