Şrift:
İranda daha 2397 nəfər koronavirusa yoluxub, 188 nəfər ölüb
11.07.2020 [14:32] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə məlumat yayan İran Səhiyyə Nazirliyinin sözçüsü Sima Sadat Lari son 24 saat ərzində daha 2397 nəfərin infeksiyaya yoluxduğunu, bununla da ümumi yoluxma statistikasının 255 117 nəfərə çatdığını bildirib.


Sözçünün dediklərinə əsasən, bu günə qədər 217 666 xəstə tam sağalaraq evə buraxılıb. Mövcud xəstələrdən isə vəziyyəti ağır olan 3338 nəfər intensiv terapiya şöbələrində müalicəsini davam etdirir.


O, həmçinin qeyd edib ki, indiyədək ölkədə 1 milyon 948 min 114 koronavirus testi həyata keçirilib.


Sima Sadat Lari sonda qeyd edib ki, koronavirusun yayılması səbəbindən 15 əyalət qırmızı və fövqəladə hal vəziyyətindədir.
Bu xəbər oxucular tərəfindən 238 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed