Şrift:
Türkiyənin şərqində güclü sel təsərrüfata və evlərə ciddi ziyan vurub
11.07.2020 [18:26] - Gündəm, Türk dünyası-Turan
Türkiyənin Van və Ağrı bölgələrində baş verən sel və daşqın ağır fəsadlar yaradıb.

Vanın Erciş rayonunun Yünören, Hasanabdal, Doğancı və Şehirpazarı məhələləri sel altında qalıb. Üç evə ciddi ziyan dəyib. Daşqın məhəllə yollarını yuyub.

Ağrıda isə qəfildən başlanan güclü yağış nəticəsində dərələr sel suları ilə daşıb. Aşağı Saklıca kəndində 100 kiçik buynuzlu heyvan tələf olub.
Bu xəbər oxucular tərəfindən 409 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed