Şrift:
Nətənzdə baş vermiş partlayış İranın nüvə proqramını iki il ləngidəcək
12.07.2020 [11:00] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Qəzet bildirir ki, hadisə yerindən çəkilmiş yeni fotolar zavodun dağılmış hissələrinin keçən həftə yayılmış görüntülərdə müşahidə ediləndən dəfələrlə böyük miqyasda olduğunu nümayiş etdirir.


Qəzet adlarını çəkmədiyi iki rəsmiyə istinadən bildirir ki, partlayış İranın nüvə fəaliyyətində ləngiməyə səbəb olacaq. Belə ki, rəsmi Tehranın nüvə proqramını partlayışdan əvvəlki vəziyyətə gətirməsi azı 2 il vaxtını alacaq.


Xatırladaq ki, iyulun 2-si sübh saatlarında İranın İsfahan şəhərinin yaxınlığında yerləşən Nətənz nüvə təsisatında bir neçə partlayışın ardınca yanğın baş verib. İran ilk gündən faktı təsdiqləsə də, təsisata ciddi zərər dəymədiyini və hadisənin səbəblərinin araşdırmalar başa çatandan sonra açıqlanacağını bildirir.


Bəzi mütəxəssislər partlayışın kiber hücum nəticəsində baş verdiyi qənaətindədirlər.
Bu xəbər oxucular tərəfindən 145 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed