Şrift:
Türkmən insan hüquqları kampaniyası fəalı Abbas Lisaniyə qarşı çıxarılan ədalətsiz hökmü pisləyib
12.07.2020 [11:01] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Keçmiş siyasi fəal və hazırda Türkmənsəhra İnsan Haqları kampaniyasının fəallarından olan Sadıq Rəcəbiyan Təmək, Abbas Lisaniyə qarşı çıxarılan ədalətsiz hökmün beynəlxalq insan hüquqları konvensiyalarına zidd addım olduğunu bildirib: “Bu qanunsuz hökm beynəlxalq hüquq normalarına ziddir. Hesab edirik ki, İran Məhkəmə Sistemi azərbaycanlı milli-mədəni fəal Abbas Lisanini və digər siyasi məhbusları qeydsiz-şərtsiz dərhal azadlığa buraxmalıdır” -deyə, türkmən milli-mədəni fəal Sadıq Rəcəbiyan Təmək yaydığı videoda bəyan edib.


Qeyd edək ki, İran Ali Məhkəməsi Ərdəbil Apelyasiya Məhkəməsinin Abbas Lisaniyə qarşı çıxardığı qərarı təsdiq edərək qüvvədə saxlayıb.


Hazırda Ərdəbil zindanının 7-ci korpusunda saxlanılan Abbas Lisani 15 il həbs və 2 il sürgün cəzasına məhkum edilib. Birinci instansiya məhkəməsində 8 il azadlıqdan məhrum edilən fəalın həbs müddəti gözlənilməz şəkildə Ərdəbil Apelyasiya Məhkəməsinin 1-ci şöbəsi tərəfindən 15 ilədək uzadılıb.


Xatırladaq ki, Ərk- Azərbaycan İnsan Hüquqları Cəmiyyətinin sədri Jalə Təbrizi və Türkiyədə fəaliyyət göstərən “Çağdaş Azərbaycan Kültür Dərnəyinin” sədri Camal Məhmətxanoğlu, həmçinin İranda ərəb millətinin hüquqlarını müdafiə edən məşhur fəal və yazıçı Yusif Əzizi Bənitorof və Bəluc Fəallar Kampaniyası təşkilatının sədri Abdulla Arif daha öncə tanınmış fəal barəsində çıxarılan həbs cəzasının təsdiqlənməsini qınayaraq onun qeydsiz-şərtsiz sərbəst buraxılmasını tələb ediblər.
Bu xəbər oxucular tərəfindən 162 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed