Şrift:
"Amnesty İnternational" İranın Məhkəmə Sistemini zalım və qeyri-insani adlandırıb
12.07.2020 [11:06] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təşkilatın Yaxın Şərq və Şimalı Afrika məsələləri şöbəsinin müdiri Diana Eltahavi məsələ ilə əlaqədar yaydığı bəyanatda bu edamın İran Məhkəmə Sisteminin nə qədər zalım və qeyri-insani olduğunu bildirib.


Bəyanatda İranda davamlı olaraq insanların edam edilməsindən təəssüf hissi keçirdiyini bəyan edib.


Təşkilat qeyd edib ki, zalım, qeyri-insani və təhqiramiz olan edam hökmünə heç cür bəraət qazandırıla bilməz. "Amnesty İnternational" sonda İranı bir daha edam hökmünü ləğv etməyə çağırıb.


Xatırladaq ki, bir neçə gün əvvəl Məşhədin Vəkilabad həbsxanasında 55 yaşlı kişinin alkoqollu içki içdiyinə görə edam edilməsi barədə xəbərlər yayılmışdı. İstər ictimaiyyət, istərsə də sosial şəbəkələrdə bu məsələ geniş səs-küyə səbəb olduğundan, Rəzəvi Xorasanının Ədliyyə Baş İdarəsi edamla bağlı açıqlama verməyə məcbur olmuşdu.
Bu xəbər oxucular tərəfindən 160 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed