Şrift:
Gilan və Şimali Xorasan əyalətlərində koronavirusa yoluxanların sayı ikiqat artıb
12.07.2020 [14:51] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Gilan Tibb Universitetinin rektoru Ərsəlan Salari iyulun 12-də mediaya açıqlamasında deyib ki, Gilanda ötən ayla müqayisədə xəstəliyə yoluxan insanların sayı iki dəfə artıb: “Gilan əyalətinin 16 şəhərindən 7-si “Covid-19” pandemiyası ilə bağlı qırmızı və fövqəladə hal vəziyyətindədir. Ötən ay Gilanda pandemiya xəstəliyinə yoluxanların sayı 150 nəfərə enmişdi. Lakin hazırda əyalət xəstəxanalarında təkcə müalicələrini davam etdirirənlərin sayı 300 nəfərdir.


Gilanda əhalinin yalnız 50%-dən azı ictimai məkanlarda maska taxırlar. Qalanları isə bu məsələyə ciddi yanaşmır. Bu isə xəstgəliyin yayılmasına səbəb olur. Bir daha bildiririk ki, əgər insanlar xəstəliklə bağlı edilən xəbərdarlıqları ciddiyə almasalar və gigiyena qaydalarına riayət etməsələr, koronavirusa yoluxanların və xəstəlikdən ölənlərin sayı daha da artacaq” -deyə, Gilan Tibb Universitetinin rektoru Ərsəlan Salari bəyan edib.



Həmçinin Şimali Xorasan əyalətinin Tibb Universitetinin rektoru Əhməd Haşimi jurnalistlərlə görüşündə Şimali Xorasanda koronavirusun sürətlə yayılması barədə xəbərdarlıq edib.



Şimali Xorasanda son iki aya nisbətən xəstəliyə yoluxanların və pandemiyadan vəfat edənlərin sayının iki dəfə artdığını bildirən Əhməd Haşimi deyib ki, hazırda qırmızı vəziyyətdə olan Şimali Xorasan əyalətində koronavirusa yoluxanların əksəriyyəti toy və yas mərasimlərinə qatılanlar və məhdudiyyətlərə məhəl qoymayaraq şəhərlərarası səfərlərə çıxanlardır.



Rektor, Şimali Xorasanda bu günə qədər koronavirusa yoluxanların və xəstəlikdən ölənlərin statistikasını açıqlamayıb.
Bu xəbər oxucular tərəfindən 514 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed