Şrift:
Azərbaycanda koronavirusa daha 520 nəfər yoluxub, 486 nəfər sağalıb
12.07.2020 [18:27] - Xəbərlər, Siyasət
Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 520 yoluxma faktı qeydə alınıb, 486 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 24 min 41 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 15 min 93 nəfər müalicə olunaraq sağalıb, 306 nəfər vəfat edib. Aktiv xəstə sayı 8642 nəfərdir.

Ötən müddət ərzində 568 min 234 test aparılıb. Bugünkü test sayı isə 7878-dir.
Bu xəbər oxucular tərəfindən 402 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed