Şrift:
“Napoli” - “Milan” oyunu heç-heçə başa çatıb
13.07.2020 [09:43] - Gündəm, İdman
İyulun 12-də futbol üzrə İtaliya A Seriyasının 32-ci turunun mərkəzi qarşılaşması keçirilib.

“Napoli” klubu öz meydanında “Milan” komandasını qəbul edib. “San Paolo” stadionunda keçirilən görüşdə qalib müəyyənləşməyib - 2:2. Matçda hesabı qonaqlar 20-cı dəqiqədə açıb. Teo Hernandez “Milan”nın ilk qolunu vurub. Jovani Di Lorenzo 34-cü dəqiqədə hesabı bərabərləşdirib. Qarşılaşmanın 60-ci dəqiqəsində Dris Mertens meydan sahiblərini hesabda önə çıxarıb. Qarşılaşmanın 73-cü dəqiqəsində “Milan” hesaba tarazlıq gətirib. Frank Kessi penaltini dəqiq yerinə yetirməsi ilə “Milan”ı məğlubiyyətdən qurtarıb.

“Napoli” 32-ci turdan sonra 56 xal toplayaraq beşinci, “Milan” 50 xalla altıncı yerdə qərarlaşıb.

Turun digər görüşlərində aşağıdakı hesablar qeydə alınıb:

“Genoa” - SPAL - 2:0;

“Kalyari” - “Leççe” - 0:0;

“Fiorentina” - “Hellas Verona” - 1:1;

“Parma” - “Bolonya” - 2:2;

“Udineze” - “Sampdoriya” - 1:3.
Bu xəbər oxucular tərəfindən 271 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed