Şrift:
Mişo dağlarında baş verən yanğın söndürülüb
13.07.2020 [10:00] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Azərbaycanlı İnstagram istifadəçilərinin paylaşdığı video və şəkillərdə yanğının ən az imkanlarla söndürüldüyü göstərilir.





GünazTV-yə göndərilən videolara əsasən, Şərqi Azərbaycan əyalətinin Mərənd və Şəbistər şəhərləri arasında yerləşən dağ silsiləsində geniş otlaq sahəsinin yandığı görünür.

İran mediası yanğın və səbəbləri barədə heç bir məlumat verməyib.





Bəzi məlumatlara görə, otlaqlarda baş vermiş yanğını Qızıl Aypara Cəmiyyətinin əməkdaşları “bel və kürək” vasitəsilə söndürüblər.







Mişo dağları xüsusi qorunan təbii ərazilər siyahısında olsa da Azərbaycanın bir çox təbii sərvətləri kimi İran hökumətinin laqeydliyi və diqqətsizliyinə məruz qalıb.





Ötən günlərdə Şərqi Azərbaycan əyalətinin Qaradağ meşələrində də yanğın baş vermişdi.

Qaradağ meşələri 1979-cu ildə UNESCO-nun təbii qoruq siyahısına daxil edilibr. Buna baxmayaraq vaxtaşırı bölgədə ağacların tək-tək və ya kütləvi şəkildə kəsilməsinə, eləcə də yanğınların baş verməsinə şahid oluruq.
Bu xəbər oxucular tərəfindən 31 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed