Şrift:
İranda dolların məzənnəsi yenidən qalxıb
13.07.2020 [10:17] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Yayılan məlumata əsasən, iyulun 12-də hər ABŞ dolları İranın hökumət banklarının valyuta dəyişmə şəbələrində 22 min 550 tümən, azad valyuta bazarında isə 22 min 800 tümən qarşılığında mübadilə edilib. Bu gün həmçinin avronun da dəyəri ötən günə nisbətən artaraq, 24 min 850 tümən qarşılığında müamilə edilib.


Bildirilir ki, İranda dolların dəyərinin hər gün daha kəskin qalxması və milli valyutanın öz dəyərini itirməsi, bütün sahələrdə qiymətlərin artmasına və ölkənin kasıb və zəhmətkeş təbəqəsindən olan əhalinin ciddi narahatlığına səbəb olub.


İran Mərkəzi Bankının sədri Əbdülrza Hemməti ölkədə dolların məzənnəsinin gündən-günə artmasını və milli valyuta olan “Rial”ın sürətlə dəyərdən düşməsini müvəqqəti xarakter daşıdığını bildirir, bunu düşmənin ölkəyə qarşı apardığı “psixoloji əməliyyat”ı adlandırır. Bəzi iranlı deputatlar isə bunu hökumətin ölkədə apardığı səhv iqtisadi siyasəti ilə əlaqələndirirlər.
Bu xəbər oxucular tərəfindən 305 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed