Şrift:
Qazaxıstanda koronavirus qurbanlarının sayı artmaqda davam edir
13.07.2020 [10:29] - Gündəm, Sosial
Qazaxıstanda son bir həftə ərzində koronavirusdan 111 nəfər həyatını itirib. Bu barədə Koronavirusun Yayılmasına Qarşı Mübarizə üzrə İdarələrarası Komissiya məlumat yayıb.

Ölüm hadisələrinin ən çoxu Karaqanda bölgəsində (37 nəfər) qeydə alınıb. Almatıda 24 nəfər və Nur-Sultanda 18 nəfər həyatını itirib. Ümumilikdə, Qazaxıstanda 375 ölüm faktı qeydə alınıb. Altı gün ərzində ölkədə virusdan ölüm hallarının sayında artım 42 faiz təşkil edib.

Son məlumata əsasən ölkə üzrə COVID-19-a yoluxanların sayı 59 min 899, sağalanların sayı isə 34 min 190-dır. Bu gün ölkədə koronavirus qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq ümumxalq matəm günü elan edilib.
Bu xəbər oxucular tərəfindən 345 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed