Şrift:
Quzanlı qəsəbəsində növbəti dezinfeksiya işləri aparılıb
13.07.2020 [10:55] - Gündəm, Sosial
Ağdam rayonunda COVID-19 pandemiyasına qarşı mübarizə tədbirləri davam etdirilir.

Ağdam Rayon İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Quzanlı qəsəbəsində növbəti dezinfeksiya işləri aparılıb.

Rayonda yaradılmış mobil qruplar müxtəlif yaşayış məntəqələri üzrə mütəmadi olaraq reydlər və maarifləndirmə işlərini də həyata keçirirlər.
Bu xəbər oxucular tərəfindən 449 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed