Şrift:
Gürcü politoloq: Ermənistan Müdafiə Nazirliyi yanlış məlumat yaymaqla beynəlxalq ictimaiyyəti aldatmağa çalışır
13.07.2020 [11:32] - Xəbərlər, Siyasət
Ermənistan Müdafiə Nazirliyinin Azərbaycan hərbiçilərinin Tovuz rayonu istiqamətində minik avtomobili ilə sərhədi pozmağa cəhd göstərmələri barədə yaydığı məlumat həqiqəti əks etdirmir və təxribatdan başqa bir şey deyil.

Bu sözləri Gürcüstanın Art-paralel telekompaniyasının direktoru, politoloq Tengiz Txilava deyib.

Politoloqun sözlərinə görə, Azərbaycan hərbiçiləri sərhədi pozmaq istəsəydi bunu minik avtomobili ilə deyil, ağır texnika ilə edərdi. Ermənistan Müdafiə Nazirliyi yanlış məlumat yaymaqla təkcə daxildə deyil, eyni zamanda, beynəlxalq ictimaiyyəti də aldatmağa çalışır. Amma hamı çox yaxşı bilirk ki, atəş xəttini minik avtomobili ilə keçmək mümün deyil. Erməni tərəfi bu cür cəfəng məlumatlar yaymaqla, əslində özlərini pis vəziyyətdə qoyur, riyakarlığını və təcavüzkar olduğunu bir daha sübut edir. Onların bu addımı beynəlxalq ictimaiyyəti çaşdırmağa yönəlib.

T.Txilava bildirib ki, Ermənistan tərəfinin təxribatlara əl ataraq cəbhə xəttində gərginlik yaratmasının başqa səbəbi də var: “Bu gün Ermənistanın daxilində çox ciddi iqtidar-müxalifət qarşıdurması var. N.Paşinyan hökuməti daxildəki partlayışdan və çevrilişdən qorxaraq atəşkəs rejimini pozur. Bu yolla Paşinyan ölkə daxilində nəzarəti ələ almağa və müxalifəti susdurmağa çalışır. Paşinyan unudur ki, beynəlxalq ictimaiyyət artıq həqiqəti bilir və Azərbaycanın haqlı mövqeyini müdafiə edir.

Digər maraqlı məsələ bundadır ki, Azərbaycan tərəfi itkiləri barədə məlumat verib. Ermənistan isə çoxlu sayda itki versə də bunu gizlədir. Bu da onun ictimaiyyətdən qorxduğunu bir daha sübut edir”.
Bu xəbər oxucular tərəfindən 107 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed