Şrift:
İranda dolların məzənnəsi 23 min tümənə yüksəlib
13.07.2020 [14:12] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Yerli media orqanlarının məlumatına görə, bu gün ölkədə 1 dollar 23 min tümən qarşılığından müamilə edilir. Avronun dəyəsi isə 26 min 50 tümənə çatıb.


Bildirilir ki, qızıl sikkələrin dəyərində də artım müşahidə edilir. Belə ki, hazırda 1 qızıl sikkə 10 milyon 700 min tümənə satılır.


Qeyd etmək lazımdır ki, İranda xarici valyutaların dəyərinin yüksəlməsi bir neçə həftədir ki, davam edir. İran rəsmiləri ilk günlərdə məsələrə bildirdikləri münasibətdə vəziyyəti nəzarət altında saxladıqlarını və bu prosesin "müvəqqəti" olduğunu iddia edirdilər.
Bu xəbər oxucular tərəfindən 191 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed