Şrift:
Güney Azərbaycanın müxtəlif əyalətlərində koronavirus pandemiyası ilə bağlı yeni rəqəmlər açıqlanıb
13.07.2020 [14:14] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə Qərbi Azərbaycanın səhiyyə xidmətinin rəhbəri və Urmiya Tibb Universitetinin rəisi Cavad Ağazadə məlumat verib. Ağazadənin açıqlamasına əsasən, xəstəxanada müalicə alanlardan 326 nəfərinin COVID-19 testi pozitiv çıxıb.

O bildirib ki, son 24 saatda infeksiyaya yoluxmuş daha 101 nəfər xəstəxanaya yerləşdirilib, 7 nəfər dünyasını dəyişib.

Tibb Universitetinin rəisi Qərbi Azərbaycanda koronavirus qurbanlarının ümumi sayının 578 nəfərə çatdığını bildirib.





“İnfeksiyaya yoluxanlardan 165 nəfər reanimasiya şöbəsində müalicə alır. Onların 48 nəfərinin vəziyyəti ağırdır və ventilyasiya (süni tənəffüs) aparatına bağlıdırlar,” deyə Ağazadə qeyd edib.





Zəncan əyalətində də son 24 saatda daha 53 nəfərdə koronavirus infeksiyası aşkarlanıb. Zəncan Tibb Universitetinin rektoru Pərviz Qızılbaş əyalətdə koronavirus infeksiyasına yoluxanların ümumi sayının 2 min 202 nəfərə çatdığını bildirib.

Qızılbaşın sözlərinə görə, Zəncanda son 24 saatda daha 4 nəfər koronavirusdan dünyasını deyişib. Beləcə də əyalətdə koronavirusdan ölənlərin ümumi sayı 216 nəfərə çatıb. Rəsmi xəstəliyə yoluxanlardan 1748 nəfərinin tam sağaldığını bildirib.

Qızılbaş həmçinin qeyd edib ki, hazırda 654 nəfər koronavirus şübhəsi ilə əyalətin xəstəxanalarında müalicə alır.





Güney Azərbaycanın Ərdəbil əyalətində də son 24 saatda 44 yeni koronavirusa yoluxma faktı aşkar edilib. Bu barədə məlumat verən Ərdəbil Tibb Universitetinin rektor müavini Məhəmmədrza Rzayi qeyd edib ki, hazırda əyalətdə xəstəliyə yoluxan 235 nəfər xəstəxanalarda müalicə alır. Onlardan 43 nəfəri reanimasiya şöbəsindədir.

Həbibzadə son 24 saatda daha 5 nəfərin koronavirusdan öldüyünü bildirib.





Həmədan əyalətində də 627 nəfər koronavirus şübhəsi ilə xəstəxanalarda müalicə almaqdadır. Həmədan Tibb Universitetinin müavini Mənuçehr Kərəminin mətbuata verdiyi açıqlamaya əsasən, əyalətdə koronavirus infeksiyasına yoluxanların ümumi sayı 2 min 269 nəfərə çatıb.

O, Həmədanda koronavirusdan ölənlərin ümumi sayının isə 240 nəfərə çatdığını bildirib.
Bu xəbər oxucular tərəfindən 188 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed