Şrift:
İran ermənilərin Tovuzdakı təxribatına da neytral münasibət bildirdi
13.07.2020 [14:30] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
O, bu gün keçirdiyi mətbuat konfransında Ermənistanı sərhəddə təxribatçı addımlardan əl çəkməyə çağırmaq əvəzinə, yenə hər zamanki sözlərini təkrarlayıb.


"Bu, acı hadisə idi və Qarabağ məsələsinin müzakirə nəticəsində həll edilməsinə ümidvarıq. İslam Respublikası da bu istiqamətdə əlindən gələni etməyə hazır olduğunu bəyan edib", - deyə Abbas Musavi qeyd edib.


Toqquşmalara reaksiyası 2 cümlədən ibarət olan İran XİN-in sözçüsünün, görünür, Azərbaycanla- Ermənistan arasında dövlət sərhədindən və Qarabağ cəbhəsindən anlayışı yoxdur. Çünki dünən olanlar Ermənistan tərəfinin iki ölkə arasında sərhəd xəttində əl atdığı təxribat idi, Qarabağın təmas xəttində deyil.


Digər tərəfdən, Türkiyə elə dünən məsələyə bildirdiyi münasibətdə Ermənistanın təxribatçı addımlarını kəskin şəkildə pisləyib, şəhid olmuş hərbçilərimizə görə Azərbaycan xalqına başsağlığı verib. Lakin İranın bu məsələdə də mövqeyi Qarabağ münaqişəsində sərgilədiyi mövqedən fərqlənməyib. Şəhidlərimizə görə başsağlığı verməyən Abbas Musavi simasında İran hökuməti yenə də Ermənistanın təxribatçı addımlarını pisləmək, ondan beynəlxalq prinsiplərə əsasən, Azərbaycanın işğal edilmiş ərazilərini boşaltmağı tələb etmək əvəzinə, daim yürütdüyü "birin nala, birin mıxa" prinsipinə sadiq qalıb.
Bu xəbər oxucular tərəfindən 479 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed