Şrift:
Azərbaycan ordusu Ermənistanın dayaq məntəqəsi, artilleriya qurğuları və canlı qüvvəsini məhv edib
13.07.2020 [14:36] - Xəbərlər, Siyasət
Müdafiə Nazirliyindən Kanal8-ə verilən məlumata görə, artilleriya, minaatan və tankların tətbiqi ilə gedən gecə döyüşlərində bölmələrimizin dəqiq atəşi ilə düşmənin dayaq məntəqəsi, artilleriya qurğuları, hərbi hissəsi ərazisində avtomobil texnikası və canlı qüvvəsi məhv edilib.


Döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçusu, baş leytenant Mahmudov Rəşad Rəşid oğlu şəhid olub.


Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin ailəsinə başsağlığı verir və səbr diləyir. Allah rəhmət eləsin!


Hazırda əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır. Düşmənə qarşı cəza tədbirləri həyata keçirilir.

Düşmən tərəfi itkiləri barədə məlumatları gizlədir.
Bu xəbər oxucular tərəfindən 450 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed