Şrift:
Prezident İlham Əliyev: Azərbaycan Ermənistanın bütün təxribatlarına adekvat cavab verir
13.07.2020 [14:39] - Xəbərlər, Siyasət
Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında Ermənistanın Tovuz istiqamətində təxribata əl atmasının səbəblərindən danışıb.

Hazırda Ermənistanda hökm sürən hərc-mərcliyin və vəziyyətin böhran həddinə yaxınlaşmasının onları bu çirkin əməllərə sövq etdiyini bildirən dövlətimizin başçısı deyib: “Digər tərəfdən, o da sirr deyil ki, artıq uzun müddətdir Ermənistan münaqişə ilə bağlı öz addımlarında xüsusilə Ermənistan-Azərbaycan dövlət sərhədini misal gətirərək belə bir rəy formalaşdırmaq istəyir ki, guya Azərbaycan Ermənistan ərazisinə hücumlar edir. Halbuki bu, yalandır. Bütün hücumlar Ermənistan tərəfindən törədilir və bunun kifayət qədər sənədləri var, video-foto sənədləri var. Azərbaycan isə sadəcə olaraq, bütün təxribatlara adekvat cavab verir. Əgər Ermənistan ərazisindən Azərbaycan mövqelərinə, Azərbaycan kəndlərinə atəş açılırsa, təbii ki, biz adekvat cavab verəcəyik və veririk. Ona görə Ermənistan bütün imkanlardan istifadə edib, eyni zamanda, saxta məlumatlar uydurub dövlət sərhədinə xüsusi diqqətin cəlb edilməsi üçün əlindən gələni edir. Dünənki hərbi təxribat bu çirkin siyasətin növbəti təzahürüdür”.
Bu xəbər oxucular tərəfindən 423 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed