Şrift:
Şərqi Azərbaycanda 760 kənd içməli sudan məhrumdur
14.07.2020 [11:20] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə, Şərqi Azərbaycan valiliyinin kəndlər üzrə şöbəsinin müdiri Tağı Kərəmi məlumat verib.





Onun sözlərinə görə, əyalətin 3 min 77 kəndindən 2 min 709 kənddə əhali yaşayır. Bu kəndlərin isə 72 faizi su şəbəkəsi ilə təchiz olunub.





Daha öncə, Qərbi Azərbaycan əyalətinin Su idarəsinin direktoru Əlirza Rəzəvi bu əyalətdə kəndlərdə yaşayan əhalinin 24 faizinin keyfiyyətli və sağlam içməli sudan məhrum olduğunu bildirmişdi.





Tağı Kərəmi həmçinin son illərdə kəndlərdə zəruri infrastrukturların yaradılması nəticəsində kənd əhalisinin şəhərlərə köç etməsinin qarşısının alındığını, əksinə əhalinin şəhərdən kəndə köçməsi hallarının baş verməsini iddia edib.





Halbuki rəsmi statistikalara əsasən Güney Azərbaycanda kəndlərdə yaşayan əhali iqtisadi problemlərdən dolayı, öz ata-baba yurdunu tədricən tərk edir və işləmək üçün şəhərlərə köçür. Bunun nəticəsində isə hər il onlarla kənd əhalidən boşalır. Bu problem uzun illərdir ki, öz həllini tapmır.





Şərqi Azərbaycan əyalətinin 368 kəndində artıq yaşayış yoxdur. Vəziyyət başqa əyalətlərdə də eynidir.

Həmədan valiliyinin Şura və Kəndlər üzrə Mərkəzinin direktoru Fridun Ərəbi 2016-cı ildə əyalətin 320 kəndinin əhalidən boşaldığını açıqlamışdı.

Ərdəbil əyalətinin İdarəetmə və Planlaşdırma Təşkilatının rəsmisi Mehdi Seyid Kazimi də 2018-ci ildə bənzər açıqlama verərək əyalətin 211 kəndində yaşayışın olmadığını bildirmişdi.
Bu xəbər oxucular tərəfindən 398 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed