Şrift:
Mazandaran əyalətində koronavirus infeksiyası pik həddə çatıb
14.07.2020 [12:23] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə, Mazandaran Tibb Uiversitetinin rektoru Seyid Abbas Musəvi iyulun 14-də mediaya açıqlamasında məlumat yayıb.


Mazandaranda “Covid-19” infeksiyasının pik həddə çatdığını bildirən Abbas Musəvi deyib ki, hazırda koronavirusa yolxan 1084 nəfər əyalətin müxtəlif şəhərlərinin xəstəxanalarında müalicələrini davam etdirirlər: “Son bir sutka ərzində koronavirusa yoluxmaqda şübhəli bilinən 224 nəfər Mazandaran Tibb Universitetinin nəzdində fəaliyyət göstərən xəstəxanalara yerləşdirilib. Həmin müddət ərzində, virus daşıyıcısı olmaqda şübhəli bilinən 148 nəfər isə xəstəxanalardan evə buraxılıblar. Həkimlərin qərarına əsasən, həmin şəxslər müalicələrini ev şəritində davam etdirəcəklər.


Hesab edirik ki, Mazandaran əyalətinin sakinləri imkan daxilində insanların sıx hərəkət etdiyi qapalı alış-veriş mərkəzlərində gəzməkdən, toy və yas mərasimlərinə qatılmaqdan çəkinməli, gigiyena qaydalarına riayət etməli, maska taxmalıdırlar” -deyə, Mazandaran Tibb Uiversitetinin rektoru Seyid Abbas Musəvi əlavə edib.
Bu xəbər oxucular tərəfindən 355 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed