Şrift:
İranda daha 179 nəfər koronavirusdan ölüb, 2521 nəfər “Covid-19” infeksiyasına yoluxub
14.07.2020 [14:32] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə iyulun 14-də məlumat yayan İran Səhiyyə Nazirliyinin sözçüsü Sima Sadat Larinin dediyinə görə, bununla da ölkədə bu günə qədər koronavirusdan ölənlərin ümumi sayı 13 min 211 nəfərə, pandemiya xəstəliyinə yoluxanların ümumi sayı isə 262 min 173 nəfərə yüksəlib.


Sadat Larinin bildirdiyinə görə, indiyə qədər 225 min 270 nəfər xəsəlikdən tam sağalaraq evə buraxılıb. Sözçü sonda qeyd edib ki, “Covid-19” infeksiyasına yoluxan və hazırda intensiv terapiya şöbələrində müalicə alan 3389 nəfərin vəziyyəti ağırdır.


İran Səhiyyə Nazirliyi yaydığı rəsmi statistikada, ölkədə bu günə qədər koronavirusdan ölənlərin sayının 13 211 nəfərə, yoluxanların ümumi sayının isə 262 173 nəfərə çatdığı iddia etsə də, İranın tibb mərkəzlərində çalışan müstəqil mənbələr, ölkədə indiyə qədər “Covid-19” infeksiyasından ölənlərin sayının 71 500 nəfəri keçdiyini, 2 milyon 850 min nəfərdən çox insanın isə infeksiyaya yoluxduğunu bildirirlər.
Bu xəbər oxucular tərəfindən 95 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed