Şrift:
Ermənilər əsrlər boyu başqalarının torpaqlarında özlərinə dini inanc yeri və qondarma tarix yaradıblar
14.07.2020 [15:00] - Gündəm, Sosial
Ermənistan vaxtaşırı, müxtəlif uydurma səbəblər irəli sürərək Azərbaycana qarşı bu cür provokasiya xarakterli addımlar atır. Bu təxribatların qarşısı Azərbaycan Ordusu tərəfindən uğurla alınır və düşmənə ağır zərbələr vurulur.

Bu sözləri müsahibəsində Türkiyənin hərbi məsələlər üzrə eksperti Abdulla Ağar deyib.

Ermənistanda yaşanan daxili gərginlikdən bəhs edən ekspert deyib: “Ermənilər əsrlər boyu başqalarının torpaqlarında özlərinə dini inanc yeri və qondarma tarix yaradıblar. Onlar heç bir əsas olmadan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və yeddi rayonunu işğal ediblər. O torpaqların Azərbaycana aid olduğu hər kəsə məlumdur və azad edilməsi şərtdir. Belə ki, ermənilər indi də Azərbaycan torpaqlarını istifadə edərək, yenə Azərbaycanın başqa bir hissəsinə hücum edirlər. Lakin, Azərbaycan Ordusu düşmənə onlara lazimi cavabı verir”.
Bu xəbər oxucular tərəfindən 99 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed