Şrift:
Ukrayna Ali Radasının deputatı Ermənistan silahlı qüvvələrinin son təxribatını pisləyib
14.07.2020 [15:38] - Xəbərlər, Siyasət
Ukrayna Ali Radasının deputatı Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu istiqamətində törətdiyi təxribatı pisləyib.

Azərbaycan-Ukrayna Parlamentlərarası Dostluq Qrupunun həmsədri Vladimir Kreydenko məxsusi açıqlamasında bildirib ki, Ukrayna beynəlxalq səviyyədə tanınan sərhədlər daxilində Azərbaycanın ərazi bütövlüyünə və toxunulmazlığına sadiq qalır. Deputat bildirib ki, Azərbaycan-Ermənistan sərhədində vəziyyətin gərginləşməsinə yönəlmiş hər cür cəhdlər pislənilməlidir.

“Döyüşlərdə həlak olan Azərbaycan əsgərlərinin və hərbçilərinin ailələrinə və yaxınlarına başsağlığı verirəm və tərəfləri təmkinli, ehtiyatlı olmağa çağırıram”, - deyə V.Kreydenko əlavə edib.
Bu xəbər oxucular tərəfindən 163 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed