Şrift:
“Azəriqaz” payız-qış mövsümünə hazırlaşır
14.07.2020 [15:59] - Gündəm, İqtisadiyyat
“Azəriqaz” İstehsalat Birliyi payız-qış mövsümünə hazırlaşır.

Birlikdən bildirilib ki, 2020-2021-ci illərin payız-qış mövsümündə istehlakçıların dayanıqlı, fasiləsiz təbii qaz təchizatının təmin edilməsi məqsədilə “Azəriqaz” tədbirlər proqramının icrasını davam etdirir. Əsas diqqət qaz təchizatının yaxşılaşdırılması, bölgələrin qazlaşdırılması, qaz kəmərlərinin və avadanlıqların yenidən qurulması istiqamətində genişmiqyaslı işlərin davam etdirilməsinə yönəldilib. Belə ki, tərtib edilmiş tədbirlər proqramına uyğun olaraq ilk növbədə kənd və qəsəbələrin daşıyıcı qaz kəmərlərinin yenidən qurulması, kəmərlər üzərində quraşdırılmış istismar müddəti bitmiş avadanlıqların yeniləri ilə əvəz edilməsi həyata keçirilir. Sonrakı mərhələdə isə mövcud qazpaylayıcı şəbəkələrin, küçə və dalanların qaz xətlərinin yenilənməsi işləri görülür. Respublika ərazisində, o cümlədən Bakı şəhəri, ətraf qəsəbə və kəndlərdə bu ilin 6 ayı ərzində 584 kilometr müxtəlif diametrli yeni qaz kəmərləri çəkilib, 264,4 kilometr qaz kəmərləri əsaslı təmir edilib. Bundan əlavə, Bakı Regional qaz istismarı Departamenti, rayon qaz istismarı idarələri və Sumqayıt Qaz istismarı Sahəsi üzrə yanvar-iyun ayları ərzində 215,32 kilometr uzunluğunda (o cümlədən 193,44 kilometr metal boru, 21,88 kilometr polietilen boru) müxtəlif diametrli qaz xətləri təmir edilərək yenisi ilə əvəz edilib.

Qeyd edək ki, ilin sonunadək payız-qış mövsümünə hazırlıqla bağlı bütün tədbirlərin qüsursuz görülməsi üçün birliyin rəhbərliyi tərəfindən ciddi tapşırıqlar var və proses şəxsən baş direktorun nəzarətində saxlanılır.
Bu xəbər oxucular tərəfindən 259 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed