Şrift:
Ermənistan ordusunun artilleriya atəşi nəticəsində Tovuzun Dondar Quşçu kəndində ev və həyətyanı sahələrə ziyan dəyib
14.07.2020 [16:53] - Gündəm, Sosial
İyulun 14-də Ermənistan silahlı qüvvələri tərəfindən Tovuz rayonu istiqamətində açılmış artilleriya atəşi nəticəsində mülki şəxslərin əmlakına ciddi ziyan dəyib.

Düşmənin iriçaplı minomyotlardan və toplardan açdığı atəş nəticəsində Tovuz rayonunun Dondar Quşçu kəndində 1 fərdi evə və 3 həyətyanı torpaq sahəsinə ziyan dəyib.

Belə ki, 1948-ci il təvəllüdlü Əliyeva Telarə Əhməd qızına məxsus fərdi evin üzərinə düşən mərmi evi yararsız vəziyyətə salıb.

Bundan başqa, 1981-ci il təvəllüdlü Əliyeva Samirə Nurəddin qızına, 1973-cü il təvəllüdlü Hüseynov Aydın Məhəmməd oğluna və 1986-cı il təvəllüdlü Rüstəmov Zeynal Əli oğluna məxsus həyətyanı torpaq sahələrinə də ciddi ziyan dəyib.

Xatırladaq ki, iyulun 14-də Ermənistan silahlı qüvvələri tərəfindən açılmış artilleriya atəşi nəticəsində mülki şəxs - Tovuz rayonunun Ağdam kənd sakini 1944-cü il təvəllüdlü Əzizov Əziz İzzət oğlu həlak olub.
Bu xəbər oxucular tərəfindən 163 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed