Şrift:
ABŞ-da ermənilərə qarşı nifrət dalğası - “Ermənilər! Ermənistana qayıdın!”
31.10.2012 [11:04] - Sosial
ABŞ-ın Kaliforniya ştatının Berbank və Qlendeyl şəhərlərində ötən il ədavət zəminində 8 cinayət hadisəsi baş verib. ANS PRESS-in məlumatına görə, bunu “Burbank Leader” qəzetinə Los-Anceles dairəsində sakinlər arasında münasibətlər üzrə Komissiyanın əməkdaşı bildirib. Onun sözlərinə görə, bu cinayətlərdən 4-ü ermənilərə qarşı törədilib.Ötən ilin əvvəllərində müəssisələrdən birinin qarşısında dayanmış avtomobilin üzərinə ermənilərə qarşı təhqiramiz ifadələr yazılıb. Bundan yeddi ay sonra başqa bir avtomobilin üzərində həmin ifadələr yenidən peyda olub. Bir ay sonra isə avtobus dayanacağındakı oturacağa “Ermənilər! Ermənistana qayıdın!” yazılıb.
Bu xəbər oxucular tərəfindən 1135 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed