Şrift:
Misirdə neft kəmərinin partlaması nəticəsində 17 nəfər yaralanıb
15.07.2020 [09:25] - Gündəm, Hadisə
Misirin İsmailliyə magistral avtomobil yolunun yaxınlığında neft kəmərinin partlaması nəticəsində 17 nəfərin yaralandığı bildirilir.

Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd olunub ki, boru kəmərindən xam neftin sızması nəticəsində baş vermiş partlayış zamanı 31 avtomobil də yanıb. Baş Nazir Mustafa Mədbuli Neft və Mineral Ehtiyatlar naziri Tarik əl-Mollanı insidentin səbəbini araşdırmaq üçün həmin əraziyə göndərib. Eyni zamanda, Misirin Baş prokuroru Həmada əl-Savi partlayışla bağlı təhqiqat aparılmasına göstəriş verib. Neft kəmərində davam edən yanğının söndürülməsinə Qahirə və İsmailliyədən 20 yanğınsöndürmə briqadası cəlb edilib.
Bu xəbər oxucular tərəfindən 591 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed