Şrift:
Pakistanda COVID-19 virusuna 254 minə yaxın adam yoluxub
15.07.2020 [09:26] - Gündəm, Sosial
Son 24 saatda Pakistanda COVID-19 virusuna 1979 nəfər yoluxub. Bununla da ölkədə belə xəstələrin sayı 253 min 604 olub.

Pakistan mətbuatı xəbər verir ki, son gündə 54 xəstə vəfat edib və ölənlərin sayı 5 min 320 nəfərə çatıb.

Ölkənin xəstəxanalarında 77 min 628 pasiyent olduğu bildirilir, 2 min 151 xəstənin vəziyyəti ağırdır.
Bu xəbər oxucular tərəfindən 411 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed