Şrift:
Lüksemburqda koronavirus xəstələrinin sayı artıb
15.07.2020 [09:30] - Gündəm
Lüksemburqda COVID-19 virusuna yoluxanların sayı artıb.

Son 24 saat ərzində Lüksemburqda 100 yeni yoluxma qeydə alınıb, Beləliklə, koronavirusa yoluxanların ümumi sayı 5056-ya çatıb.

Lüksemburq Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə COVID-19 epidemiyasından 111 ölüm faktı qeydə alınıb. Xəstəxanaya son sutka ərzində 44 yeni xəstə qəbul olunub ki, onlardan 3-ü ağır vəziyyətdə reanimasiya şöbəsinə yerləşdirilib.

Son günlər ölkədə virusun yayılma sürəti və sayının artdığı xüsusi qeyd edilir.

Xatırladaq ki, bir neçə gün əvvəl Lüksemburqun adı “təhlükəli ölkə” siyahısına salınıb.
Bu xəbər oxucular tərəfindən 142 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed