Şrift:
Rusiyada ötən gün 6422 nəfər koronovirus xəstəsi aşkarlanıb
15.07.2020 [14:28] - Gündəm, Sosial
Ötən gün Rusiyada 6 min 422 nəfərdə koronavirus infeksiyası aşkar edilib.

Gün ərzində 156 xəstə vəfat edib, 11 min 700 nəfər sağalaraq evə buraxılıb.

Rusiyada bütün dövr ərzində infeksiyaya yoluxanların ümumi sayı 746 min 369 nəfərə, sağalanların sayı 523 min 249 nəfərə çatıb, 11 min 770 pasiyent həyatını itirib.

Hazırda ölkədə 211 min 350 aktiv COVİD-19 xəstəsi var. Rusiya yoluxma hallarının sayına görə ABŞ, Braziliya və Hindistandan sonra dördüncü yeri tutur.
Bu xəbər oxucular tərəfindən 156 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed