Şrift:
Rəsmi Kiyev: "İranın təyyarəmizi vurması ilə bağlı çoxlu suallarımız var"
15.07.2020 [14:38] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
O bildirib ki, rəsmi Kiyevin baş vermiş hadisəyə dair çoxlu sualları var. Nazir qeyd edib ki, İran hələ də onların bəzi suallarına cavab verməyib.


"İranın iddialarının əksinə olaraq, bildirmək istəyirəm ki, hələlik hadisənin insan xətası üzündən baş verməsini demək çox tezdir. Bizim çoxlu suallarımız var. Baş verənlərlə bağlı qaranlıq məqamların aradan qalxması üçün bitərəfli və mötəbər olan çoxlu cavablara ehtiyacımız var", - deyə Dmitri Kuleba əlavə edib.


Qeyd etmək lazımdır ki, İranın Mülki Aviasiya Təşkilatının keçən həftə yaydığı həmin hesabatda bildirilirdi ki, bu hadisə radar sistemi əməkdaşlarının yol verdiyi "xəta", eləcə də hava hücumundan müdafiə sisteminin zabiti ilə komandanı arasında koordinasiyanın olmaması nəticəsində yaşanıb.



Xatırladaq ki, "Sepah" terror təşkilatının yanvarın 8-də Tehran səmasında Ukrayna hava yollarına məxsus sərnişin təyyarəsini iki raketlə vurması nəticəsində 176 nəfər ölmüşdü. İran hadisəni 3 gün gizlədib, bunu texniki nasazlıq səbəbindən baş vermiş qəza kimi təqdim etsə də, beynəlxalq təzyiqlər qarşısında təyyarənin vurulmasını etiraf etməyə məcbur qalmışdı.
Bu xəbər oxucular tərəfindən 392 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed