Şrift:
İranda daha 199 nəfər koronavirusdan vəfat edib, 2388 nəfər xəstəliyə yoluxub
15.07.2020 [14:39] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İyulun 15-də jurnalistlərlə görüşündə bu barədə məlumat yayan İran Səhiyyə Nazirliyinin sözçüsü Sima Sadat Larinin dediyinə görə, bununla da ölkədə bu günə qədər koronavirus pandemiyasından ölənlərin ümumi sayı 13 min 410 nəfərə, pandemiya xəstəliyinə yoluxanların ümumi sayı isə 264 min 561 nəfərə çatıb.


Sadat Lari həmçinin deyib ki, indiyə qədər 227 min 561 nəfər xəsəlikdən sağalaraq evə buraxılıb. Sözçü sonda qeyd edib ki, “Covid-19” infeksiyasına yoluxan və hazırda intensiv terapiya şöbələrində müalicələrini davam etdirən 3411 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.


İran Səhiyyə Nazirliyinin sözçüsü ölkədə bu günə qədər koronavirusdan ölənlərin sayının 13 410 nəfərə, yoluxanların sayının isə 264 561 nəfərə çatdığı iddia etsə də, İranın tibb mərkəzlərində çalışan müstəqil mənbələr, ölkədə indiyə qədər “Covid-19” infeksiyasından ölənlərin sayının 72 000 nəfəri keçdiyini, 2 milyon 900 min nəfərdən çox insanın isə infeksiyaya yoluxduğunu bildirirlər.
Bu xəbər oxucular tərəfindən 124 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed