Şrift:
Avropa Azərbaycanlıları Konqresi erməni silahlı qüvvələrinin təxribatı ilə bağlı bəyanat yayıb
15.07.2020 [16:41] - Xəbərlər, Siyasət
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq, artilleriya qurğularından istifadə etməklə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan silahlı qüvvələrinin mövqelərini atəşə tutub. Ermənistanın törətdiyi bu təxribat Avropa Azərbaycanlıları Konqressinin üzvlərini, Avropada yaşayan azərbaycanlılar icmasını sarsıdıb.

Bu fikirlər Ermənistanın hərbi təxribat ilə bağlı Avropa Azərbaycanlıları Konqresinin (AAK) yaydığı bəyanatda yer alıb. Bəyanatda deyilir: Azərbaycanın dinc əhalisinə və mülki obyektlərinə yönəlmiş artilleriya zərbələri bir daha göstərir ki, Ermənistan dövləti təcavüzkar siyasəti ilə beynəlxalq hüquq normalarına məhəl qoymur, beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə 1949-cu il Cenevrə konvensiyaları və ona 1 saylı Əlavə, həmçinin Uşaqların hüquqlarına dair və İnsan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanı ciddi şəkildə pozmaqda davam edir.

Bəyanatda dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə, Birləşmiş Millətlər Təşkilatına müraciət edilərək, təcavüzkara qarşı konkret addımlar atmağa, beynəlxalq hüquq normalarına uyğun sərt sanksiyalar tətbiq etməyə çağırış olunub.

Qeyd edilib ki, Ermənistan ordusu dinc sakinləri qətlə yetirməklə müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında Cenevrə Konvensiyasını kobud şəkildə pozur, dünyanın bu konvensiyaya imza atmış aparıcı ölkələri o cümlədən, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində vasitəçilik missiyasını üzərinə götürmüş ATƏT-in Minsk Qrupunun həmsədrləri - ABŞ, Fransa və Rusiya susmaqda davam edirlər. Beynəlxalq ictimaiyyətin erməni vəhşiliyinə göz yumması təcavüzkarın əl-qolunu daha da açır, törətdiyi cinayətlərin cəzasız qalması Ermənistan ordusunun Azərbaycanın daha çox dinc sakininin qətlə yetirməsinə səbəb olur.

”Bu ağır və çətin günlərdə sonsuz kədər və hiddətimizi ifadə edərək, həlak olanların ailələrinə, yaxınlarına, bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı veririk. Bəyan edirik ki, Azərbaycan dövlətinin torpaqlarımızın işğaldan azad olunması, təcavüzkarın cəzalandırılması istiqamətində atdığı bütün addımları dəstəkləyirik. Əminik ki, Azərbaycan dövləti bu qanlı cinayəti törədənlərin layiqli cəzalarını alması üçün bütün zəruri tədbirləri görəcək”, - deyə sənəddə vurğulanıb.

Bəyanatda dünyanın aparıcı, sivil, sülhpərvər dövlətləri, BMT, ATƏT, Avropa Şurası, Avropa İttifaqı kimi beynəlxalq təşkilatları dinc sakinlərin, qocaların, qadınların, körpə uşaqların qətlə yetirilməməsi üçün biganəlikdən əl çəkməyə, təcavüzkar Ermənistanın silahlı qüvvələrinin işğal olunmuş torpaqlardan çıxması üçüçn qəti addımlar atmağa çağırış edilib. Həmçinin bildirilib ki, regionda sülhün, sabitliyin, əmin-amanlığın təmin olunmasının yeganə yolu status-kvonun dəyişdirilməsi, Azərbaycan torpaqlarının işğaldan azad olunmasıdır.
Bu xəbər oxucular tərəfindən 192 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed