Şrift:
Azərbaycanda ümumxalq həmrəylik hərəkatını dağıdıcı istiqamətə çəkmək istəyənlər haradan idarə olunur...
16.07.2020 [11:05] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: “Dövləti avtoritetdən salmaq üçün bu addımları atan şəxslərlə bağlı ciddi ölçü götürülməlidir”

Məlum olduğu kimi, Bakıda keçirilən orduya dəstək aksiyasında təxribat baş verib. Bir qrup insan Milli Məclisin binasına soxulub, eləcə də bir polis avtomobili aşırılıb. Xəbər verildiyi kimi, Ermənistanın Azərbaycana qarşı Tovuz rayonunda törətdiyi təxribata Azərbaycan Ordusu tərəfindən layiqli cavab verilib.
Düşmənə güclü zərbələr endirilərək onun hərbi infrastrukturu və obyektləri, eləcə də canlı qüvvəsi məhv edilib. Baş verən döyüşlərdə Azərbaycan ordusu da şəhid verib. Bununla əlaqədar olaraq, iyulun 14-də Bakının müxtəlif ərazilərində Azərbaycan Ordusına dəstək aksiyası və yürüşlər keçirilib. Yürüşdə minlərlə insan iştirak edib. Əllərində Azərbaycan bayraqlarını tutmuş sakinlər himnimizi oxuyaraq, “Qarabağ” şüarını səsləndirirlər.

Dəstək aksiyaları, həmçinin, Xırdalan, Sumqayıt şəhərlərində, eləcə də digər şəhər və rayonlarda keçirilib. Bakıda əvvəl Azadlıq meydanından başlayan aksiyanın iştirakçıları Şəhidlər və Fəxri Xiyaban ətrafına toplaşıblar. Bu əraziyə minlərlə Bakı sakini toplaşıb, orduya və dövlətə dəstək, “Qarabağ” şüarları səsləndirilib. Bu müddət ərzində hüqüq-mühafizə orqanları dəfn prosesinin insidentsiz keçməsinə nəzarət ediblər.

Buna baxmayaraq, dəstək aksiyasının sonunda təxribət baş verib. Bir qrup şəxs müxtəlif dini və başqa təxribatçı süarlar səsləndirməklə Milli Məclisin biinasına daxil olub və foyedə dağıntılar törədib.

Eləcə də “Fairmont Hotel”ın qarşısında bir qrup şəxs polis avtomiobilinə hücum edərək onu aşırıb.

Amma hadisə yerində olan hüquq-mühafizə qüvvələri, o cümlədən Çevik Polis Alayı təxribatın qarşısını alıb. Baş verənlərlə bağlı saxlananların olduğu və bu istiqamətdə araşdırmaların aparıldığı bildirilir.

Xalqın orduya verdiyi ümumxalq dəstəyini təxribata çevirənlər hansı qüvvələrin təsiri altında olanlardır?

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, qəzetimizin bir gün əvvəlki sayında bu narahatlıq tərəfimizdən ifadə olunub:“Sizin sualınız da, mənim cavabım da yenidən oxunulsa bu narahatlığı əvvəlcədən təxmin etdiyimiz aydın olar. Bir daha qeyd etmək istəyirəm ki, bu tip aksiyalarda iki qrup adamlar olur. Birincilər səmimi hisslərini bildirmək üçün meydana çıxır, digərləri isə təxribat niyyətilə. Bizim üçün hadisələrin belə məcraya yönələ biləcəyi bir qədər də gözlənilən idi. Çünki müharibə gedir və düşmən tərəfin müttəfiqləri burada ciddi işləyir. Yenə həmin fikrimdə qalıram ki, bütün məsələlər mərkəzləşməlidir. Partiyalar, QHT-lər, insanların hər hansı istəyi varsa, bunu dövlət qurumlarına müraciət edərək həll etməlidirlər. Hərə bir yerə kütlə halında toplaşıb, fərqli qərarlar verə bilməz. Son hadisədə bizim narahatlığımız təsdiqlədi. On minlərlə insan orduya dəstək şüarları ilə küçələrə çıxdı. Yaxşı hal idi. Bununla bütün dünya ölkə Prezidentinin iradəsinin milli iradəyə söykəndiyini gördü. Çox təəssüflər olsun ki, bundan narahat olan xarici və öz daxilimizdə olan maşa qüvvələr bu prosesləri pozmağa çalışdılar. Həmin xarici qüvvələrin bizim daxilimizdəki agentura şəbəkəsi həmin insanların bir qismini fərqli yerə yönəltməyə cəhd etdi. Bəziləri düşünülmüş şəkildə bu təxribata getsə də, başqaları onların fitnəsinə uyaraq lazım olmayan addım atdılar. Bu hal bizdə ciddi təəssüf doğurur. Dövləti avtoritetdən salmaq üçün bu addımları atan şəxslərlə bağlı ciddi ölçü götürülməlidir. Hesab edirəm ki, hüquq-mühafizə qurumlarının əlində kifayət qədər video və fotomteriallar var. Onların köməyi ilə təxribatçıların əhatə dairəsini tam müəyyən etmək olar. Rəhim Qazıyevlə bağlı yaşanan hadisədən sonra rəsmi qurumlar əhaliyə xəbərdarlıq etmişdi ki, insanları çaşdıran mövqe tutulmasın. Həmin xəbərdarlıqdan sonra baş verənlərə ancaq təxribat adı vermək olar. Mən son aksiyada radikal daxili qüvvələrin də fərqli davranışını müşahidə etdim. Həmin gün Əli Kərimlinin bir-birilə ziddiyyət təşkil edən iki müraciəti oldu. Birincidə ordunu sərt tənqid edirdi, Rəhim Qazıyevin həbsindən sonra ikinci müraciət oldu. Orda dövlətə dəstək ifadə olunurdu. Ancaq dünənki hadisələrdə mahiyyətcə heç nəyin dəyişmədiyi ortaya çıxdı. Bu mütləq araşdırılmalıdır. Təxribatçıları yönəldənlər bilməlidir ki, bizim birliyimizə zərbə vurmaq asan məsələ deyil. Həm xalqımız, həm də dövlətimiz son hadisələrdən ciddi nəticələr çıxarmalıdır”.

Xalqın səmimi istəyinə təxribat amilini qatanlar doğrudan da ən sərt cəzaya layiqdirlər. Ümidvarıq ki, əlaqədar qurumlar həmin məkrli planda əli olanların hamısını tapıb cəzalandıracaq.

Məhəmmədli QƏRİBLİ
Bu xəbər oxucular tərəfindən 587 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed