Şrift:
Türkiyə və Azərbaycan alimləri arasında növbəti videokonfrans
17.07.2020 [09:16] - Xəbərlər, Türk dünyası-Turan, Mədəniyyət
İyulun 16-da Türkiyə və Azərbaycan alimləri arasında növbəti videokonfrans keçirilib.

Xarici ekspertlərin də qatıldığı videokonfrans “Birinci Dünya müharibəsindən sonra Azərbaycan – Osmanlı - Almaniya arasında əlaqələr” mövzusuna həsr olunub.

Konfrans Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin mədəniyyət siyasətinin qarşısında duran strateji vəzifələrin həyata keçirilməsində, o cümlədən Azərbaycan reallıqlarının dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında elmi potensialın iştirakının artırılması, bu sahədə çalışan əməkdaşların elmi səviyyəsinin yüksəldilməsi, habelə təhlil və mütaliə vərdişlərinin formalaşması məqsədilə baş tutub.

Konfransda ekspert olaraq Türkiyə Cümhuriyyəti Konya vilayətində yerləşən Nəcməddin Ərbakan Universitetinin Xarici dillər fakültəsinin direktor müavini Fatih Çolak və həmin universitetdə fəaliyyət göstərən TİGA Araşdırma Mərkəzinin direktor müavini Şeyma Akın iştirak ediblər.

Gənc mədəniyyət işçilərinin də marağına səbəb olan konfransda Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Usubəliyev, elmi katib Cavid Əliyev, əməkdaşlar Nurəddin Babazadə və İsmayıl Nəsirov mövzu ilə bağlı çıxış ediblər.

Tədbir iştirakçıları tərəfindən iki qardaş ölkə arasında mövcud münasibətlərin qorunması məqsədilə birgə layihələrin, xüsusilə də mədəniyyət və elm müstəvisində olan tədbirlərin reallaşdırılmasının vacibliyini bildirən konfrans iştirakçıları tarixi mövzulara müraciət olunmasının önəmliyini vurğulayıblar.

Mərkəzin şöbə müdiri Nurəddin Babazadə və elmi katib Cavid Əliyev mövzular ətrafında çıxış edərək, mədəniyyətin xalqlarımızın tarixində oynadıqları roldan bəhs ediblər. Daha sonra tədbiri yekunlaşdıran mərkəzin direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Usubəliyev xalqlarımız arasında tarix boyu davam edən qardaşlıq münasibətlərini bu gün nümayış etdirdikləri öz siyasi iradəsi ilə inkişaf etdirən Türkiyə və Azərbaycan dövlətləri rəhbərlərinin mövcud istiqamətdə atılan təşəbbüslərinin inkişafında elm və mədəniyyət sahələrində çalışan mütəxəssislərin rolundan danışıb.
Bu xəbər oxucular tərəfindən 603 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed