Şrift:
Qurban bayramında pandemiya dövrünün tələblərinə ciddi şəkildə əməl olunmalıdır
17.07.2020 [14:32] - Gündəm, İslam dini
Müqəddəs Qurban bayramı günlərində insanların öz xeyirxah əməllərini təhlükəsiz və sağlamlığa zərər vurmayan şəraitdə yerinə yetirmələri mühüm əhəmiyyət kəsb edir.

Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, bununla əlaqədar hazırda dünyanı bürüyən COVID-19 pandemiyası ilə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsi və təlimatı əsasında əksər ölkələrdə bir sıra kütləvi tədbirlərin, eləcə də dini ayin və mərasimlərin keçirilməsi təxirə salınıb və yaxud ciddi məhdudiyyətlər tətbiq olunan şəraitdə həyata keçirilir.

Qurbanlıq heyvan kəsimi və satışının kütləvi şəkildə toplaşaraq həyata keçirildiyi əvvəlki illərdən fərqli olaraq bu il pandemiya şəraiti nəzərə alınmaqla kütləviliyin və insanların sıx toplaşmasının qarşısını almaq məqsədilə vətəndaşlar Qurban bayramından bir neçə gün əvvəl qurbanlıq heyvan ətinin (heyvan cəmdəyinin) sifariş olunması üçün yaxınlıqda yerləşən satış məntəqələrinə - iri market və satış şəbəkələrinə əvvəlcədən müraciət edə, baytarlıq nəzarətindən keçmiş sağlam qurbanlıq heyvan ətlərini əldə edə bilərlər. Hazırda Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən respublika üzrə Qurban bayramı günlərində qurbanlıq heyvan ətlərinin mövcud tələblər çərçivəsində vətəndaşlara çatdırılması imkanlarına malik olan satış şəbəkələri ilə işlər aparılır, onların siyahısı tərtib olunur. Yaxın günlərdə həmin satış məntəqələrinin adları və ünvanları ictimaiyyətin diqqətinə çatdırılacaq.

Unutmaq olmaz ki, mənəvi saflığı və təmizliyi özündə ehtiva edən bu müqəddəs bayramda əsas vəzifələrdən biri də insanların təhlükəsizliyi və sağlamlığına xidmət edən qaydalara əməl etməkdən ibarətdir.
Bu xəbər oxucular tərəfindən 684 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed