Şrift:
Iranın səhiyyə naziri Azərbaycanın adını təhrif edib
21.07.2020 [11:42] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Nazir iyulun 20-də koronavirusla bağlı çıxış edərkən Qərbi Azərbaycan adı yerinə Mahabad, Şərqi Azərbaycan əyalətinin adının yerinə isə “Şərqi Azər” sözlərindən istifadə edib

Bu məsələ sosial şəbəkələrdə güney azərbaycanlıların geniş etirazına səbəb olub. Onlar “bizim yurdumuzun adı Azərbaycandır” yazaraq nazirin çıxışına reaksiya göstəriblər.

Azərbaycanın adı dəfələrlə İranın yüksək rütbəli rəsmiləri, eləcə də rəsmi mətbuat orqanları, o cümlədən İran Teleradio Şirkəti tərəfindən təhrif edilib.

İranda fəaliyyət göstərən anti-Azərbaycan media orqanları, eləcə də bəzi rəsmilər dəfələrlə Azərbaycan Respublikasının adını da təhrif edərək “Bakı Respublikası” kimi təqdim ediblər.
Bu xəbər oxucular tərəfindən 367 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed