Şrift:
Ermənistanda COVID-19-a yoluxanların sayı 35 min nəfəri keçib
21.07.2020 [11:46] - Gündəm, Qərbi Azərbaycan-İrəvan
Ermənistanda son sutka ərzində daha 273 nəfərdə koronavirus aşkarlanıb.

Bu barədə məlumatı Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 35 min 254-ə çatıb.

Bildirilib ki, ölkədə daha 12 nəfər pandemiyanın qurbanı olub. Ermənistanda koronavirusdan ölənlərin sayı 662 nəfərə çatıb.

Hazırda bu ölkədə 10 min 171 aktiv koronavirus xəstəsi var.
Bu xəbər oxucular tərəfindən 6256 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed