Şrift:
İsveçdə Abbas Lisaniyə qarşı çıxarılan ədalətsiz hökmə etiraz aksiyası keçirilib
22.07.2020 [10:16] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İyulun 20-də keçirilən aksiyada aksiyaçılar İran Məhkəmə Sisteminin azərbaycanlı siyasi məhbuslara qarşı qəddarlığını şiddətlə qınayıblar. Aksiyada iştirak edənlər bütün güney azərbaycanlı siyasi məhbusların azadlığa buraxılmasını tələb ediblər.





Aksiyaçılar həmçinin işğalçı Ermənistanın Azərbaycan ərazilərinə qarşı növbəti təcavüzkar addımını, eləcə də İran rejiminin Ermənistana dəstəyini pisləyərək, Azərbaycan Respublikası ordusuna və onun xalqına dəstək nümayiş etdiriblər.





Qeyd edək ki, İran Ali Məhkəməsi Ərdəbil Apelyasiya Məhkəməsinin Abbas Lisaniyə qarşı çıxardığı qərarı təsdiq edərək qüvvədə saxlayıb. Hazırda Ərdəbil zindanının 7-ci korpusunda saxlanılan Abbas Lisani 15 il həbs və 2 il sürgün cəzasına məhkum edilib. Birinci instansiya məhkəməsində 8 il azadlıqdan məhrum edilən fəalın həbs müddəti gözlənilməz şəkildə Ərdəbil Apelyasiya Məhkəməsinin 1-ci şöbəsi tərəfindən 15 ilədək uzadılıb.





Xatırladaq ki, son günlərdə siyasi fəallar və insan hüquqları təşkilatları, eləcə də İranda yaşayan qeyri-fars millətlərin təmsilçiləri Abbas Lisaniyə qarşı çıxarılan hökmə reaksiya göstərərək bu hökmün ləğv edilməsini istəyiblər.
Bu xəbər oxucular tərəfindən 273 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed