Şrift:
Fikrət Sideifzadə: Ümid edirəm ki, şahmatçılarımız ukraynalı rəqiblərinə qalib gələcəklər
23.07.2020 [10:33] - Gündəm, İdman
Azərbaycanın və Ukraynanın qadın şahmatçıları arasında keçirilən onlayn rapid yarışlarına yekun vurulub. İkigünlük yarışın yekun nəticəsinə görə, Ukrayna komandası 51:49 hesabı ilə üstün olub. Bu, kiçik fərqdir və ümid edirəm ki, şahmatçılarımız Ukrayna komandası ilə mübarizədə qalib gələcəklər.

Bu sözləri məxsusi müsahibəsində qadınlardan ibarət yığma komandanın baş məşqçisi Fikrət Sideifzadə deyib.

O deyib ki, şahmatçılarımızdan ən yüksək nəticəni 10 turdan 8 xal toplayan Günay Məmmədzadə göstərib. Onun komanda yoldaşı Gülnar Məmmədovanın oyunlarını da xüsusi qeyd etmək olar. Ümumi nəticəyə görə, G.Məmmədova 7 xal toplayıb.

Qeyd edək ki, Azərbaycan və Ukraynanın qadın şahmatçılarından ibarət komandalar arasında yoldaşlıq görüşü iyulun 21-də start götürüb. İyulun 23-də - turnirin sonuncu günündə komandamız blits yarışında mübarizə aparacaq.
Bu xəbər oxucular tərəfindən 80 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed