Şrift:
Ermənilər ilbəil azalır
02.11.2012 [11:37] - Hadisə
Ermənistan Statistika Xidməti: Ölkə əhalisi 10 ildə 195 min nəfər azalıb

Ermənistan əhalisi son 10 ildə 195 min nəfər azalıb. 12-21 dekabr 2011-ci il arası keçirilən əhali sayımına görə Ermənistanda daimi qeydiyyatda olanları sayı 3.018.854 nəfərdir. Lakin, reallıqda 2.871.771 nəfər ölkədə yaşayır.

Davam.Az saytı erməni mənbələrinə əsasən bildirir ki, 2001 əhali sayımının nəticələrində görə ölkədə qeydiyyatda olan əhali sayı 3.213.011 nəfər, real yaşayan əhalininsayı isə 3.002.594 nəfər imiş.
Bu rəqəmləri oktyabrın 31-də Ermənistan Statistika Xidmətinin rəhbəri Karina Zərgəriyan açıqlayıb. O bildirib ki, 2001-ci il nəticələri ilə 2011-ci ilin nəticələri müqayisə edildikdə ölkədə qeydiyyatda olanlarının sayının 130.823, daimi yaşayanların sayının isə 194.157 nəfər azalıdığı ortaya çıxır.
Əhali sayımının nəticələrinə görə ermənilərin 36.7 faizi kəndlərdə, 63.3 faizi isə İrəvan başdaq olmaqla şəhərlərdə məskunlaşıb. 2011-ci ilin nəticələri həmçinin Ermənistanda şəhər sakinlərinin 7.5 faiz və ya 154.866 nəfər, kənd sakinlərinin isə 3.4 faiz və ya 39.291 nəfər azaldığını ortaya çıxarıb.
Bu xəbər oxucular tərəfindən 1059 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed