Şrift:
Fars əyalətində daha 13 ölüm halı ilə koronavirusdan ölənlərin sayı 402 nəfərə çatıb
25.07.2020 [11:02] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə, Şiraz Tibb Universiteti rektorunun səhiyyə işləri üzrə müavini Əbdülrəsul Hemməti iyulun 24-də mediaya açıqlamasında məlumat yayıb.


O bildirib ki, Fars əyalətində koronavirus üçün bu günə qədər 203 891 nəfərdən test nümunələri götürülüb və onlardan 29 006 nəfərin test analizlərinin cavabı müsbət çıxıb: “ Hazırda isə vəziyyəti ağır olan 1203 nəfər əyalətinin müxtəlif şəhərlərinin xüsusi rejimli xəstəxanalarında saxlanılırlar. Fars əyalətində həmçinin bu günə qədər 24 947 xəstəlikdən tam sağalaraq xəstəxanalardan evə buraxılıb.


Bir daha bildiririk ki, vətəndaşlar özlərini “Covid-19” pandemiya xəstəliyindən qorumaq üçün mütəmadi olaraq maska taxmalı, gigiyena qaydalarına riayət etməli, əllərini tez-tez sabunla yumalı, lazımsız səfərlərdən imtina etməli, toy və yas mərasimlərinə qatılmaqdan çəkinməlidirlər” -deyə, Şiraz Tibb Universiteti rektorunun səhiyyə işləri üzrə müavini Əbdülrəsul Hemməti əlavə edib.
Bu xəbər oxucular tərəfindən 412 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed