Şrift:
Əhərdə “Baqir əl- Ülum” xəstəxanasına hücum olub. 4 həkim və tibb bacısı yaralanıb
25.07.2020 [15:38] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Əhər hüquq-mühafizə qüvvələrinin komandanı polkovnik Qüdrət Ağapur jurnalistlərə açıqlamasında deyib ki, hadisə iyulun 23-ü axşam saatlarında baş verib: “Tibb bacılarından birinin dediyinə görə, bir xəstə yanındakı bir neçə şəxslə birlikdə xəstəxanaya müraciət edərək bədənindəki yaranın sarğılanmasını tələb edib.


Xəstəyə və yanındakı adamlara deyilib ki, bir az oturub gözləməli olacaqsınız. Bu isə xəstənin və yanındakı şəxslərin özlərindən çıxaraq xəstəxananın tibbi personalına söyüş söyməsinə, onlara qarşı hücumuna səbəb olub.


Xəstə və onu müşayiət edən naməlum şəxslər xəstəxananın tibbi personalından olan 4 nəfəri vəhşəcəsinə döyüb yaraladıqdan sonra xəstəxananı tərk ediblər. Hadisə nəticəsində, xəstəxananın tibbi avadanlığına ziyan yetirilib, 1-i gözətçi olmaqla 4 həkim və tibb bacısı başından, gözündən və ayağından müxtəlif dərəcəli bədən xəsarəti alıb.


Hadisədən az sonra Əhər kəndlərindən birinin sakini olan hücumçular həbs ediliblər. Hazırda hadisənin detalları araşdırılır” -deyə, Əhər hüquq-mühafizə qüvvələrinin komandanı polkovnik Qüdrət Ağapur əlavə edib.
Bu xəbər oxucular tərəfindən 426 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed