Şrift:
Taxtakörpü-Ceyranbatan su kanalında batan altı yaşlı uşağın meyiti tapılıb
28.07.2020 [10:53] - Gündəm, Hadisə
Taxtakörpü-Ceyranbatan su kanalının Siyəzən rayonunun Beşdam kəndi ərazisindən keçən hissəsində 2014-cü il təvəllüdlü Muradova Mülayim Dövlət qızının axtarışları başa çatıb.

Fövqəladə Hallar Nazirliyindən bildiriblər ki, M.Muradovanın meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq su kanalından çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Bu xəbər oxucular tərəfindən 283 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed