Şrift:
Ərdəbildə daha 12 nəfər koronavirusdan ölüb
28.07.2020 [14:13] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Ərdəbil Tibb Universitetinin rektoru Şəhram Həbibzadənin verdiyi məlumata əsasən, hazırda əyalətdə 416 nəfər xəstəxanalarda müalicə alır. Onlardan 60 nəfərinin vəziyyəti ağırdır və reanimasiya şöbəsinə yerləşdirilib.

Həbibzadə son 24 saatda əyalətdə daha 12 nəfərin koronavirusdan öldüyünü bildirib.





Güney Azərbaycanın Qərbi Azərbaycan əyalətində isə 502 nəfər koronavirus şübhəsi ilə xəstəxanalarda müalicə alır.

Qərbi Azərbaycanın Səhiyyə Xidmətinin rəhbəri və Urmiya Tibb Universitetinin rektoru Cavad Ağazadənin açıqlamasına əsasən, xəstəxanada müalicə alanlardan 244 nəfərinin COVID-19 testi pozitiv çıxıb.

Tibbi Universitetinin rektoru Qərbi Azərbaycanda koronavirus qurbanlarının ümumi sayının 721 nəfərə çatdığını bildirib.

“İnfeksiyaya yoluxanlardan 135 nəfər reanimasiya şöbəsində müalicə alır. Onlardan 41 nəfərinin vəziyyəti ağırdır və ventilyasiya (süni tənəffüs) aparatına bağlıdır,” deyə Ağazadə qeyd edib.





Zəncan əyalətində də son 24 saatda daha 36 nəfərdə koronavirus infeksiyası aşkarlanıb. Zəncan Tibb Universitetinin rektoru Pərviz Qızılbaş əyalətdə bu günə kimi 8 min 94 nəfər koronavirus şübhəsi ilə xəstəxanalarda müalicə aldığını bildirib.

Qızılbaşın sözlərinə görə, Zəncanda son 24 saatda daha 9 nəfər koronavirusdan dünyasını deyişib. Beləcə də əyalətdə koronavirusdan ölənlərin ümumi sayı 308 nəfərə çatıb. Rəsmi xəstəliyə yoluxanlardan 2 min 207 nəfərinin tam sağaldığını bildirib.

Qızılbaş həmçinin qeyd edib ki, hazırda 495 nəfər koronavirus şübhəsi ilə əyalətin xəstəxanalarında müalicə alır.





Həmədan əyalətində isə Tibb Universitetinin rektor müavini Mənuçehr Kərəminin verdiyi məlumata əsasən, COVID-19 infeksiyasına yoluxanların ümumi sayı 2 min 906 nəfərə çatıb.

Kərəmi Güney Azərbaycanın bu əyalətində koronavirus qurbanlarının ümumi sayının 348 nəfərə çatdığını bildirib.
Bu xəbər oxucular tərəfindən 310 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed