Şrift:
Dünya Bankı Azərbaycana yeni kredit ayırıb
28.10.2011 [12:58] - İqtisadiyyat
Dünya Bankının (DB) Direktorlar Şurası Azərbaycanda məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması layihəsinin maliyyələşdirilməsi üçün 50 mln. ABŞ dolları həcmində kreditin ayrılmasını təsdiqləyib.

«Kredit Dünya Bankı Qrupunun üzvü olan Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (IBRD) tərəfindən 20 il müddətinə ayrılır ki, bunun ilk 5 ili güzəştli olacaq. Layihənin ümumi dəyəri 78,53 mln. dollar təşkil edir ki, bunun 50 mln. dolları DB, qalan hissəsi isə Azərbaycan hökuməti tərəfindən maliyyələşdiriləcək», - deyə DB-nın Bakı ofisindən bildirilib.

Qeyd edək ki, Azərbaycan 1992-ci ildən DB-nin üzvüdür. Bu dövr ərzində DB Azərbaycana 43 layihənin icrasına 2,9 mlrd. dollar kredit ayırıb.
Bu xəbər oxucular tərəfindən 1160 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed