Şrift:
Güclü yağışlar Yaponiyanın Yamaqata prefekturasında ciddi fəsadlar törədib
29.07.2020 [09:45] - Xəbərlər, Hadisə
Güclü yağışlar Yaponiyanın şimal-şərqində yerləşən Yamaqata prefekturasında ciddi fəsadlar törədib. Məcrasından çıxan Moqami çayı ətraf əraziləri su altında qoyub.

Yaponiya Meteorologiya Agentliyi xəbər verir ki, qeyri-sabit hava şəraiti iyulun 28-də prefektura ərazisində rekord yağıntının düşməsinə səbəb olub. Bildirilir ki, iyulun 28-29-da səhər saatlarında Oyşida şəhərinin üç rayonunda və Okura kəndində çayın daşması müşahidə edilib.

Yerli hakimiyyət orqanları əhalini maksimum ehtiyatlı olmağa, təxliyə barədə xəbərdarlıqları diqqətlə izləməyə çağırıb.

Yaponiya ərazisində yağışlar fəslinin davam etməsi nəticəsində iyulun 29-da böyük bir ərazidə hava şəraitinin qeyri-sabit qalacağı bildirilir.

Eyni zamanda, Tohoku regionunun şimal-şərq hissəsində günorta saatlarına güclü yağışlar proqnozlaşdırılır.
Bu xəbər oxucular tərəfindən 530 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed