Şrift:
“Azərbaycan-türk diaspor qurumları birgə hərəkət etməyə məcburdurlar"
02.11.2012 [15:24] - Diaspor
“Erməni yalanlarına qarşı ciddi mübarizə aparmaq üçün mütləq birlik və koordinasiya şəklində fəaliyyət göstərməliyik”.

Bu sözləri Azərbaycan Türk Kültür və Dayanışma Dərnəyinin sədri Ufuk Kamal Ufuk söylədi.


“Birlik və bərabərlik içində çıxış edən toplum hər zaman qalib çıxır. Bizim xalqımızın çox böyük potensialı var. Bu potensial düzgün istiqamətləndirilməlidir. Avropada çoxlu sayda soydaşımız yaşayır. Xüsusilə, bunların içərisində fəal gənclər var. Gənclərimiz savadlı olmaqla yanaşı, həm də vətənpərvərdirlər. Bunlar bir araya gəldiyi təqdirdə, uğurlu layihələr həyata keçirmək mümkündür”, - deyə Ufuk Kamal Ufuk qeyd etdi.

U.Kamal Türk-Azərbaycan diaspor qurumlarının birgə çalışmasının vacibliyini söylədi: “Bu istiqamətdə bir çox irəliləyiş var. Türk-Azərbaycan diaspor qurumları keçirilən tədbirlər vasitəsilə bir-birinə dəstək verirlər. Fransada keçirilən etiraz aksiyasında türk diasporu böyük dəstək verdi. Azərbaycan-türk diaspor qurumları birgə hərəkət etməyə məcburdurlar”.

E.Eltürk
Bu xəbər oxucular tərəfindən 965 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed