Şrift:
Azərbaycanlı alim Ukrayna Ali Təhsil Milli Elmlər Akademiyasının akademiki seçilib
30.07.2020 [10:09] - Xəbərlər, Mədəniyyət
Ukrayna Milli Aviasiya Universitetinin (MAU) Beynəlxalq Münasibətlər İnstitutunun Beynəlxalq hüquq kafedrasının professoru, "Ukrayna Azərbaycanlıları Alimlər Şurası" ictimai təşkilatının sədri Arif Quliyev Ukrayna Ali Təhsil Milli Elmlər Akademiyasının akademiki seçilib.

A.Quliyev “Beynəlxalq terrorizmlə mübarizədə prezidentlik institutu: Ukrayna və Azərbaycan Respublikası qanunvericiliklərinin müqayisəli-hüquqi təhlili” mövzusunda doktorluq dissertasiyası müdafiə edib və bu sahədə terrorizmlə mübarizənin beynəlxalq-hüquqi tənzimlənməsi mexanizminin kompleks öyrənilməsinə, terrorizmlə mübarizə sahəsində prezident institutunun fəallaşdırılması modelinin milli xüsusiyyətləri və xarakter cəhətlərinin açılmasına dair elmi məqalələr yazaraq tədqiqatlar aparıb.
Bu xəbər oxucular tərəfindən 329 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed